Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saqr Qobaş: Azərbaycan təcrübəsi göstərir ki, konstitusiya təkcə hüquqi mətn deyil, dəyərlərin təzahürüdür

29.10.2025 [12:46]

Xəbərin mətni

Azərbaycanın Konstitusiyası ölkənin suverenliyini möhkəmləndirib, keçmişin bütün çətinliklərini indiyə və gələcəyə doğru çevirmək üçün yeni bir mərhələ yaradıb. Həmçinin coğrafi imkanları dayanıqlı inkişaf üçün ümidverici fürsətlərə çevirib. Bu sözləri Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI