Paris Sülh Forumu: COP30 konfransında “Bakıdan Belemə yol xəritəsi” adlı yeni sənəd təqdim olunacaq
30.10.2025 [11:45]
Xəbərin mətni
Azərbaycan 2024-cü ildə ev sahibliyi etdiyi COP29 konfransında iqlim fəaliyyətini sürətləndirmək və ölkələr arasında etimadı gücləndirmək üçün mühüm addımlar atdı. Bizim məqsədimiz yalnız danışıqlar aparmaq deyil, fəaliyyətə keçmək, vədləri real nəticələrə çevirməkdir. Bu fikirləri “Palais de Chaillot” sarayında keçirilən 8-ci Paris Sülh Forumu çərçivəsində COP Prezidentləri Dərnəyi paneli çərçivəsində “Planet üçün yeni koalisiyalar” adlı müzakirələr zamanı ölkəmizi bu paneldə təmsil edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev deyib.