Şəhid İlqar Baxışovun anası: Onun Vətənə olan sevgisini xatırladıqca qürur hissi keçirirəm
30.10.2025 [14:20]
Xəbərin mətni
Vətən müharibəsi şəhidi İlqar Baxışov böyük ruh yüksəkliyi ilə həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə intizamı və məsuliyyəti ilə seçilib. Vətən müharibəsi başladığı vaxt ilk döyüşə atılanlardan olub. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.