Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBİB-in icraçı direktoru: Həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır

30.10.2025 [16:03]

Xəbərin mətni

Abşeron Mərkəzi Xəstəxanası rayon üzrə əhaliyə xidmət göstərən yeganə tibb müəssisəsidir. Son illərdə xəstəxananın fəaliyyət istiqamətləri genişləndirilib, göstərilən tibbi xidmətlərin çeşidi artırılıb. Əvvəllər burada ağır əməliyyatlar həyata keçirilmədiyi halda, hazırda xəstəxana bütün növ tibbi xidmətləri özündə cəmləşdirir. Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.