İcraçı direktor: TƏBİB tibb müəssisələrində növbələrin aradan qaldırılması istiqamətində ciddi islahatlar həyata keçirir
30.10.2025 [16:19]
Xəbərin mətni
Prezident İlham Əliyevin tapşırıqlarının icrası nəticəsində həm regionlarda, həm də Bakı şəhərində dövlət tibb müəssisələrində tibbi xidmətlərin çeşidi xeyli artıb. Bunun sayəsində icbari tibbi sığortanın tətbiqindən əvvəl ay ərzində 200–300 nəfər müraciət etdiyi halda, hazırda gündəlik müraciət sayı 2000–3000 nəfər civarındadır. Bu, vətəndaşların Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində yüksəksəviyyəli tibbi xidmətlərə etimadının artdığını göstərir. Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.