ABŞ-Azərbaycan Ticarət Palatasında Asiya-Qafqaz Təqaüd Proqramının iştirakçıları ilə görüş keçirilib
31.10.2025 [11:13]
Xəbərin mətni
ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasında Ramsfeld Fondu Mərkəzinin Asiya-Qafqaz Təqaüd Proqramının (CAMCA) iştirakçıları ilə görüş keçirilib. AZƏRTAC-ın məlumatına görə, görüşdə açılış nitqi ilə çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqlara palatanın fəaliyyəti barədə məlumat verib. O, təmsil etdiyi qurumda proqramın iştirakçıları ilə görüşün artıq ənənəvi hal aldığını diqqətə çatdırıb.