Jessi Mudiay: 2025-ci ildə keçmiş müstəmləkəçilərdən nə isə gözləmək artıq köhnəlmiş yanaşmadır
31.10.2025 [11:56]
Xəbərin mətni
Hökumət strukturu, işsizlik səviyyəsi və digər problemlərin bir çoxu müsətmləkəçiliyin nəticəsi kimi izah edilir. Tarixi aspektdən kənara çıxsaq, kolonial tariximizin yenidən qiymətləndirilməsi həm də siyasi məsələdir. Belçikanın kolonial mirasını qiymətləndirərkən bu yaddaşı kollektiv məsuliyyətə çevirmək barədə düşünmək vacibdir. Bu sözləri BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsində layihə üzrə mütəxəssis Jessi Mudiay Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.