Müşavir: Belçika ilə koloniyalaşdırılmış ölkələr arasında qarşılıqlı hörmət əsasında real əməkdaşlıq müqavilələri yaratmaq lazımdır
31.10.2025 [13:39]
Xəbərin mətni
Kolonial cinayətlərin tanınmasından sonra müstəmləkəyə çevrilmiş ölkə ictimai üzr tələb edir. İctimai üzrdən sonra konkret kompensasiyalar tələb olunur. Bu sözləri Konqo Demokratik Respublikasının BƏƏ-nin Əbu-Dabi şəhərindəki səfirliyində müşavir Kitulu Aduyenzi Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində söyləyib.