Böyük Qayıdış: Ağdamın Xıdırlı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub
31.10.2025 [14:03]
Xəbərin mətni
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Oktyabrın 31-də yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.