Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emma Edhem: Azərbaycan iqtisadi baxımdan sürətlə irəliləyir və dünyaya sülh nümunəsi göstərir

31.10.2025 [22:38]

Xəbərin mətni

“City of London” korporasiyasının üzvü, professor Emma Edhem Azərbaycanın iqtisadi və diplomatik sahədə əldə etdiyi uğurları yüksək qiymətləndirib. O, AZƏRTAC-a açıqlaması zamanı bu ilin iyul ayında “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya) yüksəltməsini yüksək qiymətləndirib. Emma Edhemin sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatının sabit olmasının göstəricisidir.