Sevinirəm ki, qazandığımız Qələbədə mənim də payım var
01.11.2025 [12:42]
Xəbərin mətni
Beş il öncə düşmən üzərində qazandığımız tarixi şanlı Qələbənin əldə olunmasında Ordumuzun hərbi gücü, döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə rol oynayıb. Bu müqəddəs amal uğrunda döyüşərək şəhid olan, sağlamlığını itirən igid oğullarımız təkcə ailəsinin yox, həm də xalqımızın qürur yerinə çevriliblər.