Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Azərbaycanda gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir

01.11.2025 [13:31]

Xəbərin mətni

Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir. AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu - EYBF2025-də çıxış edərkən deyib.