Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin deputatı: Vətən uğrundakı qələbəmizi xalq, ordu və Prezident birliyi ilə qazandıq

01.11.2025 [13:39]

Bu Zəfər yolu bizim qürur və iftixar yolumuzdur. Bu yol vasitəsilə biz son beş ildə bütün Qarabağı böyük sürətlə, nəhəng addımlarla dirçəldirik. Bunu Milli Məclisin deputatı Jalə Əliyeva jurnalistlərə müsahibəsində deyib.