Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA sədri: Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır

01.11.2025 [13:41]

Xəbərin mətni

Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır və buna dəstək verir. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olaraq gənc sahibkarlarımızla bir sıra sahələrdə çalışırıq və onlara dəstək göstəririk. Gənclərin dəyişiklik yaratmaq potensialına inanırıq. Çünki hər bir təşəbbüs ölkəmizin sabahına qoyulan bir investisiyadır. AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu - EYBF2025-də çıxış edərkən deyib.