Nazir müavini: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son illərdə ən yüksək zirvəyə yüksəlib
01.11.2025 [13:55]
Xəbərin mətni
Türkiyənin hər yerində 600-ə yaxın gənclik mərkəzi fəaliyyət göstərir. Ölkənin 90 minə yaxın gənc əhalisi var. Bu forumda 50-yə yaxın ölkədən gənclər iştirak edir. Forumun Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Gənclərin innovativ fəaliyyətlərini yaxından izləyirik. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu - EYBF2025-də çıxış edərkən deyib.