Azərbaycan Dövlət İnformasiya Agentliyi

Serhat TV İdarə Heyətinin sədri: Azərbaycan torpaqlarının işğaldan azad edilməsini böyük həsrətlə gözləmişik

02.11.2025 [13:12]

Xəbərin mətni

Mən ilk dəfə 1989-cu ildə, yəni Sovetlər Birliyi dövründə Bakıya getmişəm. Bu, Bakıya ikinci səfərim olacaq, amma Qarabağa ilk dəfə gedəcəyəm. Uzun illər boyu Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsini böyük həsrətlə gözləmişik. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağa səfər çərçivəsində Naxçıvanda olan Serhat TV İdarə Heyətinin sədri Alican Alibeyoğlu jurnalistlərə müsahibəsində deyib.