Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid anası: Oğlum üçün Vətən, torpaq və bayraq eşqi hər şeydən üstün idi

02.11.2025 [13:50]

Xəbərin mətni

Vətən müharibəsində illərdir işğal altında olan torpaqlarımızın azadlığını, xalqımızın şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğulları döyüş meydanında əllərindən gələnin ən yaxşısını edərək haqq mübarizəmizi uğurla başa vurdular. Ordumuzun böyük qələbəsilə Ermənistanın işğalçı siyasətinə son qoyuldu, tarixi ədalət bərpa edildi. Bunun üçün şəhidlik zirvəsinə yüksələnlərdən biri də Vüqar Rüstəmov oldu.