Astarada ilk dəfə çiyələk əkilib – təcrübə uğurlu alınıb
03.11.2025 [15:04]
Xəbərin mətni
Astarada ilk dəfə çiyələk əkini həyata keçirilib. Bu təşəbbüs rayon sakini, fermer Polad Rzayev tərəfindən reallaşdırılıb. O, əvvəlcə Astaranın iqlim şəraitinə uyğunluğunu yoxlamaq məqsədilə çiyələyi az miqdarda əkib və bitkiyə düzgün qulluq göstərildikdən sonra yüksək məhsuldarlıq əldə edib.