Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli kaman ustası Habil Əliyevlə vida mərasimi keçirilib

09.09.2015 [14:43]

Azərbaycanın Xalq Artisti, məşhur kaman ustası Habil Əliyev ötən gecə 88 yaşında dünyasını dəyişdi. Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqustun 22-də evə buraxılıb. Daha sonra yenidən komaya düşən sənətkar sentyabrın 8-də həyatla vidalaşıb.