Azərbaycan Dövlət İnformasiya Agentliyi

Levent Kurnaz: Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində iqlim böhranına qarşı birlikdə daha güclü ola bilər

03.11.2025 [20:07]

Xəbərin mətni

Azərbaycan və Türkiyə iqlim böhranının yaranmasında məsuliyyət daşıyan ölkələr olmasa da, bu problemdən ən çox zərər görəcək regionda yerləşir. Bu problemi yaradan sənaye cəhətdən inkişaf etmiş dövlətlərdir. Azərbaycan və Türkiyə isə bu prosesin qurbanı olan ölkələrdir. Buna görə də bizim üçün əsas məsələ özümüzü qorumaq, gələcəkdə yaranacaq fəlakətlərə qarşı hazırlıqlı olmaqdır. Bu barədə AZƏRTAC-a müsahibəsində İstanbul Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri, professor Levent Kurnaz bildirib.