Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədrinin müavini: “Fərqliliyin rəngi” festivalı Azərbaycandakı tolerantlığı bir daha nümayiş etdirmək imkanı yaradır

05.11.2025 [14:51]

Xəbərin mətni

“Fərqliliyin rəngi” festivalının məqsədi Azərbaycanda mövcud olan tolerantlığı, eyni zamanda, dinlərarası dialoqu, dini icmalar arasındakı vəhdəti, milli-mənəvi dəyərlərimizə, onun tərkib hissəsi kimi Azərbaycanımıza sədaqəti nümayiş etdirməkdir. Festivalda demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələri iştirak edirlər. Bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.