Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gündüz İsmayılov: Bu günədək Şuşada məscid və kilsə, Zəngilanda isə məscid bərpa edilib

05.11.2025 [15:03]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə ilk bərpasına başlanmış abidələrimiz məhz tarixi dini abidələrimizdir. Bu da təsadüfi deyil. Məhz tarixi-dini abidələrimizin bərpasına başlanılması və bu prosesin Prezident İlham Əliyevin nəzarətində, xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan hökuməti üçün tarixi-dini abidələrimizin, xüsusilə erməni vandalizminin qurbanı olmuş abidələrimizin bərpası böyük önəm daşıyır. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.