MƏDƏNİYYƏT


Əməkdar artist Ruslan Hüseynov Azərbaycanda ilk dəfə bass gitara üçün kompozisiya bəstələyib

Əməkdar artist Ruslan Hüseynov Azərbaycanda ilk dəfə bass gitara üçün kompozisiya bəstələyib. “Dəqiqələrdə” adlanan kompozisiya 2 il ərzində hazır olub. Kompozisiyada soprano saksafonda Lütfiyar Əliyev ifa edib. Klipin çəkiliş və montajı Etibar Əsədliyə məxsusdur. Azərbaycanda bass gitara ifaçılarının az olduğunu nəzərə alaraq, ilk addımın özü tərəfindən atılmasının sevindirici və məsuliyyətli olduğunu dilə gətirən Ruslan Hüseynov kompozisiyaya çəkilən video klipi ilk dəfə AZƏRTAC-da yayımlayır.