Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir

06.11.2025 [15:31]

Xəbərin mətni

Ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu addımlar qeyri-neft sənayesinin inkişafına, iri şəhərlərdə, eləcə də bölgələrdə yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılmasına stimul verir. Bu sözləri iqtisadiyyat nazirinin müavini Anar Axundov noyabrın 6-da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.