Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik
06.11.2025 [16:03]
Büdcə hökumətin fəaliyyətinin, dövlətin, ölkənin iqtisadi və maliyyə imkanlarının güzgüsüdür. Eyni zamanda, hər bir dövlətin iqtisadi imkanlarının formalaşdırılması ölkədə həyata keçirilən iqtisadi siyasətlə əlaqədardır. Lakin qlobal dünyada hər bir dövlətin, o cümlədən də Azərbaycanın iqtisadi imkanlarının formalaşdırılması onun uğurlu daxili iqtisadi siyasətinin həyata keçirilməsi qədər də, beynəlxalq şəraitdən müəyyən qədər asılı olur. Bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov noyabrın 6-da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.