Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazirin müavini: Azərbaycan-Çin münasibətlərində sıçrayışlı inkişaf dövrü yaşanır

07.11.2025 [11:46]

Xəbərin mətni

Bu gün əminliklə demək olar ki, Azərbaycan-Çin əlaqələri çox uğurlu inkişaf dövrünü yaşayır. Xüsusilə son iki il ərzində çox böyük hadisələr baş verib. 2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakı zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin lideri Si Cinpinlə görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib. Bu ilin aprelində isə Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı 20-yə yaxın sənəd imzalanıb. Onlar sırasında ən önəmli yer tutan məhz Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında sənədin qəbul olunmasıdır. Bu sözləri Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bildirib.