Metyu Brayza: TRIPP region ölkələrinin bir-biri ilə əlaqəsini təmin edir və sülh prosesini dəstəkləyir – ŞƏRH
07.11.2025 [18:18]
Xəbərin mətni
Cənubi Qafqaz 1990-cı illərin sonlarından etibarən mühüm nəqliyyat və enerji dəhlizi kimi inkişaf etməyə başladı. Mən o zaman ABŞ administrasiyasında çalışırdım və Prezident Bill Klintonun təşəbbüsü ilə Xəzər regionu, Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji kəmərlərinin yaradılmasına dəstək verirdik. Bu səylər nəticəsində Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri kimi layihələr reallaşdı. Bu sistem sonradan TANAP və TAP vasitəsilə Avropaya qədər genişləndi. Bu barədə AZƏRTAC-a müsahibəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza danışıb.