Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəfail İşiyevin ən böyük arzusu torpaqlarımızı azad görmək idi

07.11.2025 [18:25]

Üç dəfə yaralanıb cəbhəyə dönmək - bunu yalnız Vətənini candan çox sevənlər bacarar. Vətənə sədaqətin, qorxmazlığın və əsl döyüş ruhunun timsalına çevrilmiş bir qəhrəman-şəhid gizir Rəfail Əhmədağa oğlu İşiyevin həyat yolu bu gün gənc nəslə əsl örnəkdir.