Tarixin çətin sınaqlarından keçən Dövlət Bayrağımız
09.11.2025 [12:00]
Xəbərin mətni
1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyətimizin əsas rəmzi olan bayraq haqqında qərar da elə həmin il verildi. Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi.