Azərbaycan-Türkiyə müttəfiqliyi: “Bir millət, iki dövlət” prinsipinin yeni mərhələsi
08.11.2025 [21:17]
İkinci Qarabağ müharibəsində əldə edilən Qələbə Azərbaycan-Türkiyə münasibətlərində strateji müttəfiqliyin yeni mərhələsinin əsasını qoydu. 2020-ci il Zəfəri yalnız hərbi-siyasi baxımdan deyil, həm də regional güc balansının formalaşması baxımından dönüş nöqtəsi oldu. Müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək “Bir millət, iki dövlət” prinsipini praktik müstəviyə keçirdi və bu münasibətlər sonradan Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiqlik səviyyəsinə yüksəldi. Ekspertlərin fikrincə, bu gün regionda yaranan yeni təhlükəsizlik və iqtisadi reallıqlar fonunda Ankara-Bakı tandemi Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın əsas dayaqlarından birinə çevrilib.