Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub
08.11.2025 [22:04]
Xəbərin mətni
Noyabrın 8-də Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə tarixi Zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram konserti və atəşfəşanlıq proqramı təşkil olunub.