Revaz Nadaraya: Gürcüstan və Azərbaycan Konstitusiya məhkəmələri arasında güclü əməkdaşlıq ənənəsi yaranıb
12.11.2025 [17:18]
Xəbərin mətni
Gürcüstan və Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və regional səviyyələrdə fəal əməkdaşlıq edir. Müstəqilliklərinin bərpasından dərhal sonra hər iki ölkə insan hüquqlarının müdafiəsi üçün demokratik təsisatlar və milli sistemlər yaratmağa başladı. Bu prosesdə ikitərəfli məsləhətləşmələr və beynəlxalq təcrübənin paylaşılması mühüm rol oynayır. Bunu “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” beynəlxalq konfrans çərçivəsində keçirilən “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” mövzusunda paneldə Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraya deyib.