Azərbaycan Dövlət İnformasiya Agentliyi

Feruza Eşmatova: Müasir çağırışlar etik və hüquqi məsuliyyət məsələlərini gündəmə gətirir

12.11.2025 [17:21]

Xəbərin mətni

Hüquq, demokratiya və insan haqları sahəsində baş verən mühüm prosesləri müzakirə etmək vacibdir. Çünki müasir dövrdə dünya sürətlə dəyişir. İqtisadi qeyri-sabitlik, iqlim dəyişikliyi, süni intellektin inkişafı və rəqəmsal transformasiya yeni çağırışlar yaradır. Bu çağırışlar yalnız texnoloji deyil, etik və hüquqi məsuliyyət məsələlərini gündəmə gətirir. Bunu “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” mövzusunda təşkil olunan paneldə Özbəkistan Respublikasının Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Feruza Eşmatova deyib.