Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİİM: Dönmə işığının yandırılması sürücüyə üstünlük qazandırmır

12.11.2025 [19:05]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameraları vasitəsilə qeydə alınan qəzaların təhlilləri göstərir ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Lakin dönmə işığının yandırılması xəbərdarlıq üçündür və bu, sürücüyə yol hərəkəti qaydalarına zidd şəkildə hərəkət etmək imkanı vermir. Hərəkətin təhlükəsizliyinə əmin olmadan manevr etməyə cəhd göstərmək qəzaya səbəb ola bilər.