Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq
14.11.2025 [10:39]
Xəbərin mətni
Kəndimizə qayıtdığımız üçün çox sevincliyəm, həqiqətən də böyük qürur yaşayırıq. Kaş ki, atam da bu günləri görəydi. O, həmişə inanırdı ki, qayıdacağıq. Hər dəfə deyirdi: “Qızım, biz qayıdacağıq”. Bu sözləri keçmiş məcburi köçkün Təranə Məmmədova deyib.