Səfir: Azərbaycan nəinki öz torpaqlarını, eyni zamanda, regionumuzu dəhşətli münaqişədən azad edib
14.11.2025 [14:50]
Xəbərin mətni
Bu gün Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iki gözəl vəsilə ilə yığışmışıq: Azərbaycanın Zəfər Gününün beşinci ildönümünü və Üzeyir Hacıbəylinin 140 illik yubileyini qeyd etdik. Xalqımızın bu xoş günlərini Azərbaycanın dostları ilə birlikdə yaşadıq. Bu fikirləri Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev media nümayəndələrinə müsahibəsində deyib.