Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azadlıq meydanından Qələbəyə gedən yol

17.11.2025 [12:54]

1988-ci ilin noyabrı… Azərbaycanın hər yerində azadlıq, ədalət və milli kimlik uğrunda səslər yüksəlirdi. 17 noyabrda Bakının Azadlıq meydanında başlanan hərəkat tariximizdə dönüş nöqtəsinə çevrildi. Həmin günlərdə xalq ilk dəfə müstəqillik arzusunu açıq şəkildə ifadə etdi. Bu gün 17 noyabr – Milli Dirçəlişin rəmzidir.