Azərbaycan-Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi regionda rəqəmsal dəhliz yaradacaq
17.11.2025 [15:55]
Xəbərin mətni
Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel layihəsi artıq istehsal mərhələsindədir və 2026-cı ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu barədə jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.