Bu il ilk dəfə Qarabağ Universitetinin tələbələri STEAM Azərbaycan festivalında iştirak edirlər
17.11.2025 [17:26]
Xəbərin mətni
Bu il ilk dəfə Qarabağ Universitetinin tələbələri STEAM Azərbaycan festivalında (SAF 2025) iştirak edərək innovativ sərgilərdə yarışırlar. Bu fikirləri “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov SAF 2025-in açılışında deyib.