Pakistanlı nazir: Azərbaycan ilə Pakistan arasında rəqəmsal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
17.11.2025 [17:59]
Xəbərin mətni
Bakıdakı təcrübəmiz əla keçdi. Azərbaycan bizim üçün ikinci evimiz kimidir. Burada olmaqdan çox məmnunam. Bu möhtəşəm konfransın təşkilinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini, nazir Rəşad Nəbiyevi və bütün əməkdaşları təbrik edirəm. Belə çoxtərəfli tədbirləri təşkil etmək çətindir, lakin Bakı WTDC-25-i yüksək səviyyədə keçirərək özünü bir daha təsdiq etdi. Bu fikirləri Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri xanım Şaza Fatima Xavaja Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişaf Konfransı – WTDC-25 çərçivəsində deyib.