AMEA-nın ilk magistrləri ilə görüş keçirilib
15.09.2015 [13:04]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu il ilk dəfə olaraq AMEA-nın magistraturasına qəbul olan magistrlərlə görüş keçirib. Akif Əlizadə bildirib ki, AMEA-nın magistratura səviyyəsinə ən yüksək nəticələrlə 19 nəfər qəbul olunub. Onlardan biri hazırda hərbi xidmətdədir.