Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə və Gürcüstanla “sandbox” rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir

19.11.2025 [14:00]

Xəbərin mətni

Rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla “sandbox” rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir. Hesab edirik ki, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcək. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilə bilər. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev IX Beynəlxalq Bank Forumunda söyləyib.