Doqquz ayda Milli Ödəniş Sistemləri üzərindən edilən əməliyyatların həcmi 590 milyard manat olub
19.11.2025 [14:02]
Xəbərin mətni
Rəqəmsallaşma, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və nağdsız ödənişlərin günü-gündən artan payı da bizim üçün vacib irəliləyiş göstəricisidir. Həyata keçirilən islahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi genişlənməkdə davam edir. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sistemləri üzərindən edilən ödənişlərin həcmi 590 milyard manat olub və 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9.4 faiz artıb. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev IX Beynəlxalq Bank Forumunda deyib.