Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Azərbaycanda sosialyönlü xərclər gələn il də əsas prioritetlər sırasında olacaq

19.11.2025 [14:12]

Xəbərin mətni

Gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.