Mikayıl Cabbarov: Son 7 ildə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 12 faizə yaxın artıb
19.11.2025 [14:27]
Xəbərin mətni
Son 7 il ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 58,3 faizdən 70,2 faizə yüksəlib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.