Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi növbəti ilin büdcə prioritetidir

19.11.2025 [15:03]

Xəbərin mətni

Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin əsas prioritetlərindən biri olaraq müəyyən edilib. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.