Hesablama Palatasının sədri: Büdcə layihəsi üzrə təqdim olunan sənədlərdə bəzi yeniliklər tətbiq edilib
19.11.2025 [15:32]
Xəbərin mətni
2026-cı ilin dövlət büdcəsinin layihəsi üzrə təqdim olunan sənədlərdə bəzi yeniliklər tətbiq edilib, məlumatlılığın yüksəldilməsi istiqamətində müəyyən addımlar atılıb. Layihə ilə birlikdə təqdim olunan sənədlərə ortamüddətli xərclər çərçivəsi ilə bağlı ümumi məlumatlar, habelə qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklərin layihələri daxil edilib, dövlət büdcəsi xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğu barədə məlumatlılıq genişləndirilib. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.