Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: “Qırmızı Şəbəkə”nin fəaliyyəti yalnız fövqəladə hallara operativ reaksiya göstərilməsi ilə məhdudlaşdırılmamalıdır

19.11.2025 [15:35]

Xəbərin mətni

Qürurverici haldır ki, 16 il öncə Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Dövlətləri Təşkilatı (TDT) qısa müddət ərzində mühüm inkişaf yolu keçərək regionda və onun hüdudlarından kənarda nüfuzlu beynəlxalq təşkilata çevrilib. Bu illər ərzində qurucu dövlətlərdən biri kimi Azərbaycan TDT çərçivəsində əməkdaşlığın bütün sahələri üzrə dinamik və davamlı inkişaf prosesinə öz töhfəsini verib. Bu gün TDT beynəlxalq qurumlara inamın sarsıldığı bir dövrdə sabitliyin və tərəqqinin təminatçısı olan etibarlı regional tərəfdaş kimi çıxış edir. Dünyada baş verən sürətli proseslər fonunda ortaya çıxan yeni çağırışlar türk dövlətlərinin səylərini birləşdirməsini, sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu fikirləri TDT-yə üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında xarici işlər nazirinin müavini Samir Şərifov deyib.