Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bankın sədri: 2025-ci ildə qlobal iqtisadi mühit çox dəyişkən olub

19.11.2025 [15:40]

Xəbərin mətni

2025-ci ildə qlobal iqtisadi mühit çox dəyişkən olub. Bu dövrdə qlobal ticarətdə qeyri-müəyyənliklər əhəmiyyətli dərəcədə yüksəlib. Cari ildə qlobal iqtisadi artım nisbətən zəifləmiş və inflyasiya aşağı templərlə azalıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.