Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alena Akuliç: Azərbaycan ilə yaşıl enerji sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunuq

19.11.2025 [18:11]

Xəbərin mətni

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Berlində təqdimatının keçirilməsindən çox məmnunuq. Biz əməkdaşlığımızın, xüsusən də yaşıl enerji sahəsində intensivləşdirilməsinə böyük əhəmiyyət veririk. Bunu Berlində “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı təqdimatda iştirak edən Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç AZƏRTAC-a müsahibəsində deyib.